YAŞAYIŞ YERİ VƏ KAMPUS

UMCS kampusu Universitetin tədris binasının yaxınlığında və şəhər mərkəzində yerləşən binalar kompleksidir. O, UMCS yataqxanalarından, xüsusi yataqxanalardan, UMCS Bədən Tərbiyəsi Mərkəzindən, ACK Akademik Mədəniyyət Mərkəzindən və universitet əsaslı Akademik Parkdan ibarətdir. UMCS yataqxanalarımızda qalmaq xərci təxminən bir aya 70- 100 Avro arasında dəyişir. 

Lublinə gələn tələbələr həmçinin yataqxanada qalmaq əvəzinə mənzil də kirayə götürürlər. Qiymətlər bir otaq üçün 120 Avrodan, bütöv mənzil üçün isə 350 Avrodan (bir aya) başlayır.

SƏRBƏST VAXT VƏ FƏALİYYƏTLƏR

Təhsil almaqdan başqa, bizim Beynəlxalq Tələbələr Lublin –də canlı mədəni və idman həyatından da faydalanırlar.

  • Centrum Spotkania Kultur (CSK) – Lublin – in ən böyük teatr və konsert zalı hər il bir sıra mədəni tədbirlər keçirir.
  • Lublin Arenası – Çoxlu sayda idman tədbilərinin keçirildiyi, 15000 – dən çox oturacağı olan futbol stadionu
  • Qədim Şəhər – şəhərin tarixi hissəsi çoxlu sayda müxtəlif kafelər, muzeylər və teatrlar təklif edir.
  • Beynəlxalq Tələbələr Birliyi – 150 – dən artıq müxtəlif tələbə təşkilatı ilə yanaşı, ISU tədbirlər təşkil edir və beynəlxalq tələbələrə öz istəklərini reallaşdırmağa kömək edir.
  • Aqua Lublin – Lublin – dəki ən böyük akvapark 50metrlik olimpik üzgüçülük hovuzu, cakkuzi, su sürüşkənləri, açıq hava hovuzu və bir sıra digər atraksiyonları təklif edir.