MÜRACIƏT PROSEDURU

Addım – addım müraciət proseduru:

  1. Online Qeydiyyat Sistemimizdə (IRK) qeydiyyatdan keçin;
  2. Zəruri məlumatları doldurun (şəxsi məlumatlar, ünvan, təhsil üstünlükləri)
  3. Təhsil sahəsini seçin (bir neçə sahəni seçmək mümkündür, lakin ən yüksək prioritet üstünlük verilən sahəyə verilməlidir);
  4. Müraciət sənədlərinizin skanlanmış nüsxələrini (siyahıya buradan baxa bilərsiniz) fərdi İRK profilinə yükləyin. Qeyd: sənədlər Polşa Ədliyyə Nazirliyində siyahısı olan andlı tərcüməçilərdən biri tərəfindən Polşa dilinə tərcümə edilməlidir (yalnız xaricdə əldə edilmiş sənədlər, sertifikatlar, diplomlar üçün). Polşa Ədliyyə Nazirliyində andlı tərcüməçilərin məlumat bazası:: http://ms.gov.pl/en/translators/
    DİQQƏT: Qəbul edilmiş İngilis dilində olan sertifikatların tam siyahısı üçün bax: Dil tələbləri.
  5. Bütün zəruri sənədlərin orijinallarını (burada qeyd olunan) UMCS Beynəlxalq Tələbə İdarəsinə təqdim edin.
  6. 30 Sentyabr tarixinə kimi birinci semester üçün ödəniş edin. Ödənilməli təhsil haqqının məbləği Qəbul Məktubunda müəyyənləşdirilir.

UMCS Beynəlxalq Tələbə İdarəsi
Maria Curie-Sklodowska Universiteti
Lublin, Polşa
DS. Grzes, ul. Langiewicza 24, 20-035 Lublin
Polşa
tel./faks +48 81 537 29 26
Qəbul sorğuları: studyinenglish@umcs.pl

Müraciət sənədlərinin siyahısı:

  1. Namizədin müraciət forması
  2. Online Qeydiyyat Sistemindən (IRK) əldə edilən şəxsi anket
  3. Namizədin İngilis dilini səlis bildiyinin təsdiqi
  4. Orta təhsil haqqında şəhadətnamənin orijinalı / nüsxəsi (bakalavr təhsili üçün müraciət etdikdə) və ya bakalavr diplomunun orijinalı / nüsxəsi (2 – ci dərəcəli magistratura təhsili üçün müraciət etdikdə), eləcə də, Lublin – də Təhsil Şurası və ya tanınma sertifikatı üçün müraciət edən şəxsin yaşayış yerinə aid olan hər hansı digər təhsil orqanı tərəfindən təqdim olunan tanınma sertifikatı.

DİQQƏT: Namizədin orta təhsil haqqında şəhadətnaməsinin verildiyi ölkədə yerləşən Polşa Respublikası Konsulluğu Polşada tanınmanın mümkün olması üçün sənədləri leqallaşdırmalıdır. Namizədin orta təhsil haqqında şəhadətnaməsi və ya bakalavr diplomu 5 Oktyabr, 1961 – ci il tarixli Haaqa Konvensiyasının üzvü olan ölkədə təqdim edilərsə, bu zaman leqallaşdırma prosesi sənədə apostil əlavə edilməsi şəklində həyata keçirilir. Müvafiq beynəlxalq sazişə əsasən, orta təhsil haqqında xarici şəhadətnamə Polşa orta təhsil haqqında şəhadətnaməsinə ekvivalent kimi qəbul edlə bilərsə, tanınma tələb olunmur. Bu zaman apostil ilə birlikdə şəhadətnaməni təqdim etmək yetərlidir. Beynəlxalq Bakalavr Diplomları (IB), eləcə də, Avropa Bakalavr Diplomları (EB) Polşa orta təhsil haqqında şəhadətnaməsinə ekvivalentdir. Bu zaman tanınma prosesi tələb olunmur. Universitetin məzun diplomlarının tanınması doktorluq dərəcəsini vermək səlahiyyəti olan, əsas təşkilati UMCS bölməsinin şurası tərəfindən yerinə yetirilir.

  1.  Sığorta polisi, Avropa Səhiyyə Sığortası Kartı və ya namizədin Milli Səhiyyə Fondunda səhiyyə sığortasına qoşulmaq öhdəliyi. UMCS – də təhsil almağa başladıqdan dərhal sonra.

Repatriasiya qaydalarına əsasən, Polşa əsilli əcnəbi UMCS tərəfindən sığortalana bilər.

  1. Namizədin seçilmiş müəssisədə təhsilə başlaması üçün heç bir əks göstərişin olmadığını müəyyənləşdirən tibbi arayış (həkim qərarı).
  2. Pasportun surəti (şəkil və nömrə olan səhifə), viza və ya müvəqqəti yaşayış kartı və ya namizədin Polşa  Respublikasının ərazisində qalmasına icazə verən digər sənəd. 
  3. İki cari şəxsiyyət vəsiqəsi tərzində – 35 x 45 mm ölçüdə şəkil.

Qeyd: sənədlər Polşa Ədliyyə Nazirliyi tərəfindən aparılan andlı tərcüməçilərin siyahısına daxil olan  andlı tərcüməçi tərəfindən Polşa dilinə tərcümə edilməlidir (yalnız xaricdə əldə olunan sənədlər, şəhadətnamələr, diplomlar)

Polşa Ədliyyə Nazirliyində saxlanılan andlı tərcüməçilərin məlumat bazası: http://ms.gov.pl/en/translators/

Yuxarıda qeyd olunan sənədlərin skanlanmış nüsxələri Online Qeydiyyat Sisteminə yüklənməlidir. Namizəd təhsil üçün uyğun hesab edilərsə, bu zaman sənədlər aşağıdakı ünvanda yerləşən Beynəlxalq Tələbələr İdarəsinə (Polşa dilində: Biuro ds. Obługi Studiów i Studentów Zagranicznych) təqdim edilməlidir:

 UMCS Beynəlxalq Tələbə İdarəsi
Maria Curie-Sklodowska Universiteti
Lublin, Polşa
DS. Grzes, ul. Langiewicza 24, 20-035 Lublin
Polşa
tel./faks +48 81 537 29 26
Qəbul sorğuları: studyinenglish@umcs.pl