NƏQLİYYAT

Avtobus və trolleybuslar

“Zarząd Transportu Miejskiego ZTM Lublin” (İctimai Nəqliyyat Orqanı) ictimai nəqliyyat xidməti kimi avtobus və trolleybuslar təklif edir. Normal, 30 dəqiqəlik biletin qiyməti 3.20 zl – dir, endirimli qiymət (tələbələr üçün) 1.60 – dır. Yadda saxlayın ki, etibarlı biletiniz olmasa, sizdən avtobusu tərk etmək, şəxsiyyət vəsiqənizi müfəttişə göstərmək və cərimə ödəmək (dərhal nəğd şəkildə və ya Lublin, ul. Nałęczowska 14 ünvanında yerləşən, Bazar ertəsi – Cümə günü saat  7:45 – dən 16:45 - ə kimi açıq olan İctimai Nəqliyyat Orqanının Müştəri Xidmətləri İdarəsinə 14 gün ərzində ödənilməlidir) tələb olunacaqdır.

Şəhər velosipedi

Lubelski Rower Miejski (Lublin Şəhər Velosipedi) alternativ, ekoloji və sürətli nəqliyyat vasitəsini təmin edir. Lublin və Świdnik – də 951 icarəyə götürülmüş velosiped və 96 stansiya var. Aprelin əvvəlindən Noyabrın axırına kimi şəhər velosipedləri 24/7  əsasında mövcuddur.

Çox sadə və ucuzdur

İlk 20 dəqiqə həmişə pulsuzdur. Birinci dəfə ödənilən haqq 10 PLN – dir (siz bank köçürməsi yolu ilə də ödəyə bilərsiniz). İcarənin birinci saatı 1 PLN – dir. İkinci saat – 3 PLN, üçüncü və hər sonrakı saat 4 PLN ödənilməlidir.

Avtomobil mübadiləsi

Əgər sürücülük vəsiqəniz varsa, bu zaman siz Panek Car Sharing – dən istifadə edə bilərsiniz. Bu xidmət sizə smartfonunuzdakı tətbiqdən istifadə edərək istədiyiniz dəqiqə / saat / gün ərzində avtomobili icarə götürməyə və onu müəyyənləşdirilmiş ərazidə saxlamağa imkan verir.

Ətraflı məlumatı aşağıdakı səhifədən əldə edə bilərsiniz: https://panekcs.pl/en/